Masallı məktəblisi respublika əl işləri sərgisinin mükafatını qazanıb

 

 

 

“Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” Publik Hüquqi Şəxsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Həmrəyliyimiz birliyimizdir” adlı tədbir keçirilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” PHŞ-nin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Həmrəyliyimiz birliyimizdir” adlı respublika rəsm və əl işləri müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıb.

 

Masallı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü, Əmirtürbə kənd ümumi orta məktəbinin şagirdi Alışova Məryəm Əliş qızının əl işi üçüncü dərəcəli diploma layiq görülüb.

 

Dərnək üzvlərinin ifasında bayram konserti ilə davam edən tədbirdə müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.

 

Tədbirdə Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün hər bir azərbaycanlı üçün inam və ümid anı olduğu, bu əlamətdar günün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

 

Akif Ağayev