ABŞ Ərzaq və Dərman Administrasiyasının (FDA) apardığı araşdırma bəzi döymə və qalıcı makiyaj mürəkkəblərinin milyonlarla təhlükəli bakteriya ilə çirkləndiyini göstərib.

QHT.az xəbər verir ki, 17 istehsalçıdan 75 döymə mürəkkəbi nümunəsi araşdırılıb və məlum olub ki, bunların təxminən 35%-i bakteriya ilə çirklənıb.

Tədqiqat nəticələri bu məhsulların mikrobioloji təhlükəsizliyinin monitorinqinin vacibliyini vurğulayır. Steril kimi etiketlənmiş bəzi məhsullarda da bakteriya tapılıb, bu da onların sağlamlığa ciddi təhlükə yarada biləcəyini göstərir.

 

Pərrvanə Fərhadqızı