Braziliyanın Dövlət Tibbi Sanitar Agentliyi (Anvisa) Quarulhos hava limanında meymun çiçəyi (mpox) simptomları olan bir sərnişin aşkarlandığını bildirib.

QHT.az xəbər verir ki, sərnişin təcrid edilərək San-Paulu Yoluxucu Xəstəliklər İnstitutuna köçürülüb. Anvisa digər sərnişinlərlə müsahibələr aparıb, sorğu anketləri doldurub, hərarəti yoxlayıb və xəstəlik əlamətləri axtarıb. Yeni hal aşkarlanmayıb və ərazidə dezinfeksiya tədbirləri həyata keçirilib. Anvisa, ictimai sağlamlığı qorumaq üçün müvafiq tədbirlər görəcəyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı