Böyük Britaniyada ağciyər xərçəngi xəstəsi Yanuş Raç, xərçəng müalicəsinə yanaşmanı kökündən dəyişdirə biləcək BNT116 peyvəndini sınaqdan keçirən ilk insandır.
QHT.az xəbər verir ki, bu peyvənd, xəstənin immun sistemini xərçəng hüceyrələrini məhv etməyi öyrədən fərdi terapiya üsuluna əsaslanır və koronavirus pandemiyası zamanı sınaqdan keçirilmiş mRNA texnologiyasını istifadə edir.
Almaniyanın BioNTech şirkəti tərəfindən hazırlanmış bu peyvəndin klinik sınaqları, Yanuş kimi 130 könüllünün iştirakı ilə yeddi ölkədə aparılacaq. Mütəxəssislər, bu yeni yanaşmanın xərçəng müalicəsində inqilab yaradacağına və yan təsirlərin azalacağına ümid edirlər. Yanuş Raç isə bu tədqiqatda iştirak edərək, gələcəkdə digər xəstələrə kömək edə biləcəyini düşünür.
Pərvanə Fərhadqızı










