Hindistanda yağan güclü leysan yağışlar ölkənin məşhur simvollarından biri olan Tac Mahala təsir edib.
QHT.az xəbər verir ki, ölkənin şimal bölgəsində yerləşən Yamuna çayının daşması nəticəsində Tac Mahalı su basıb. Turistlərin böyük marağına səbəb olan tarixi binanın həyətyanı sahəsi su altında qalıb.
Sel suları sonuncu dəfə 45 il əvvəl çayın daşması nəticəsində Tac Mahalın divarlarına çatmışdı. Hindistan rəsmiləri iqlim böhranı səbəbindən güclü yağışların tez-tez yağacağını vurğulayıblar.
Pərvanə Fərhadqızı












