Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi Milli Mətbuatın yaranmasının 148-ci il dönümü ilə əlaqədar media nümayəndələrini Fəxri diplomlarla təltif edilib. Tədbirdə iş adamları, ziyalılar, QHT rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Birliyin sədri Yasəmən Qəyyumlu QHT.az-a bildirib ki, müstəqillik yolu ilə irəliləyən və hər tərəfli inkişaf edən Azərbaycanda təməli "Əkinçi" qəzetindən başlayan milli mətbuatın davamlı inkişafında jurnalistlərin rolu və xüsusi xidmətləri qeyd olunub.
Qeyd edək ki, təltif olunanlar arasında QHT.az saytı da olub, mükafata layiq görülüb
Pərvanə Fərhadqızı












