Antalyanın Alanya rayonundakı Təpə Mahallesi ərazisində saat 16:00 radələrində meşəlik ərazidə yanğın baş verib.
QHT.az xəbər verir ki, meşədən tüstü qalxdığını görənlər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlığın ardından çox sayda yanğınsöndürən və meşəçilik qrupları bölgəyə yönəldilib. Yanğına 5 çiləyici, 3 su çəni, 2 ilkin müdaxilə maşını, 2 təyyarə və 2 helikopter cəlb olunub.
Yanğın nəzarətə götürülərək söndürülüb. Yanğın zamanı 1,5 hektar sahə külə dönüb.
Pərvanə Fərhadqızı












