NATO-nun baş katibi Yens Stoltenberq sabah başlayacaq NATO Müdafiə Nazirləri Toplantısı öncəsi keçirdiyi mətbuat konfransında “Müttəfiqimiz Türkiyə ilə güclü həmrəyliyik” deyib.
QHT.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısından əvvəl bu gün mətbuata açıqlama verib. Çıxışına “Keçən həftə baş verən zəlzələdən sonra düşüncələrimiz türk xalqının yanındadır” deyərək başlayan Stoltenberq, “NATO müttəfiqlərindən axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibb personalı da daxil olmaqla minlərlə təcili yardım işçisi, yardım səylərini davam etdirirlər”.
Stoltenberq izahatını belə davam etdirib:
“NATO müttəfiqləri və NATO zəlzələ nəticəsində didərgin düşmüş insanların yerləşdirilməsi üçün sığınacaq mərkəzlərinin yerləşdirilməsi barədə razılığa gəliblər. Biz müttəfiqimiz Türkiyə ilə güclü həmrəyliyik”.












