Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniya istehsalı olan “Leopard” tanklarının Ukraynaya çatdırılması ilə bağlı koalisiyaya yeni ölkələrin qoşulacağını bəyan edib, “İlk “Leopard” tankları martda Ukraynaya gedəcək” -  dedi.

QHT.az xəbər verir ki, NATO-nun Brüsseldəki qərargahında görüşən NATO müdafiə nazirlərindən biri olan Blaşçak jurnalistlərə açıqlamasında Ukrayna əsgərlərinin Polşada Leopard tankları üçün təlimlərinin davam etdiyini bildirib.

Blaşçak Polşa olaraq Ukraynaya hərbi və humanitar yardımda addımlar atdıqlarını vurğulayıb.

Eyni zamanda, biz Polşa ordusunu gücləndiririk və müasir texnika ilə təchiz edirik” - deyə qeyd ediib.