Ukraynada humanitar fəaliyyət göstərən QHT-lər qadınların rəhbərlik etdiyi yerli təşkilatlara və qadın hüquqları təşkilatlarına ayrılan maliyyənin azaldılmasının yardım fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildiriblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, , maliyyə çatışmazlığı yerli təşkilatların böhran vəziyyətlərində qadınlara və digər həssas qruplara göstərdiyi dəstəyi zəiflədə bilər. Təşkilatlar humanitar əməkdaşların təhlükəsizliyi və yerli QHT-lərin fəaliyyətinin davamlı maliyyələşdirilməsinin vacibliyini vurğulayıblar. 

Bəyanatda donorlar və humanitar tərəfdaşlar maliyyə qərarlarında yerli və qadın rəhbərliyində olan təşkilatların ehtiyaclarını nəzərə almağa çağırılıb.

Piranə Xasiyeva