Amerikalı səyyah Stiven Karri Cənubi Kaliforniyada vəfat edib. 

QHT.az xəbər verir ki, bu, planetimizin ən isti yeri hesab edilən məşhur Ölüm Vadisində baş verib. Ölümündən bir neçə saat əvvəl 71 yaşlı Karri qlobal istiləşmə problemini müzakirə etmək üçün jurnalistlərlə görüşüb. Söhbət zamanı Stiven yüzlərlə metr məsafədə kölgə salan yeganə obyekt olan metal lövhənin kölgəsində oturub. O, qeyd edib ki, bu yerdə temperatur 52°C-ə çatıb.

Buna baxmayaraq, o, Ölüm Vadisini keçməyə qərar verib, lakin imkanları nəzərə almayıb. İstilər əvvəlcə huşunu itirməyə, sonra isə səyyahın ölümünə səbəb olub.

Qeyd edək ki, Stiven evdə arvadına heç nə demədən Ölüm Vadisinə gedib.

 

Pərvanə Fərhadqızı