Avstraliyadan olan yaşlı kişi divanı xeyriyyəçilik üçün bağışladı və sonra 30 min dollar saxladığını xatırladı.

QHT.az xəbər verir ki, təqaüdçü ümid edir ki, mebelin yeni sahibi pulu qaytaracaq. Corc adlı kişinin dediyinə görə, o, evdə təmir işləri aparır, ona görə də köhnə divandan yaxa qurtarmaq qərarına gəlib. Adam mebelləri ehtiyacı olanlara bağışlayıb. Lakin bir neçə gün sonra təqaüdçü həmin divanda 30 min dollar saxladığını xatırlayıb. Avstraliyalı özünü tənqid edir, mebelini kimə verdiyini bilmir. İndi kişi ümid edir ki, divanın yeni sahibi pulu tapıb geri qaytaracaq. Təqaüdçü bununla bağlı sosial şəbəkələrdə də bir neçə paylaşım edib, “zibil”i qaytaranlara mükafat təklif edib: "Nə qədər axmaq olduğuma inana bilmirəm. Əgər pulun bir hissəsini geri alsam, xoşbəxt olacağam".

 

Pərvanə Fərhadqızı