İyul ayı ərzində isti dalğaları Şimali Amerika, Avropa və Çini bürüdü və temperatur bütün rekordları qırdı. Bu, artıq meşə yanğınlarına və çoxlu sayda insanın ölümünə səbəb olub. Alimlərin fikrincə, belə uzun isti dövrlər müntəzəm olaraq təkrarlanacaq.
QHT.az xəbəbr verir ki, Avropa və Şimali Amerikada temperatur iqlim dəyişikliyinin təsiri olmadan demək olar ki, qeyri-mümkündür və Çində keçmişlə müqayisədə bu cür temperaturlara məruz qalma ehtimalı 50 dəfə çoxdur.
Alimlər hesab edirlər ki, orta qlobal temperatur əvvəlki səviyyədən 2°C yuxarı qalxarsa, hər iki-beş ildən bir uzun ekstremal istilik dövrləri baş verə bilər. Onlar hesab edirlər ki, hazırda orta temperatur 1,1°C-dən çox artıb.
Pərvanə Fərhadqızı












