Bu gün "Qərbi Azərbaycan tarixi abidələri və mədəni irsi" mövzusunda sərginin 3-cü - sonuncu günü olub.

QHT.az xəbər verir ki, sərgidə Qərbi Azərbaycan - qədim İrəvanın tarixi abidələri, mədəniyyəti, təhsili, nəşriyyatı, tarixi şəxslərini özündə ehtiva edən 3 dildə - Azərbaycan, rus, ingilis dillərində izahlı şəkildə 300-ə yaxın fotoşəkil və rəsmlər yer alıb. Bundan əlavə, Qərbi Azərbaycana məxsus milli geyimlər, xalçalar, musiqi alətləri, tarixi sənədlər, qədim dövrə aid əşyalar nümayiş olunub. 

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda keçirilib.

 

Pərvanə Fərhadqızı