ADA Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin tədqiqatçılarının yerli və xarici professorlarla birgə ərsəyə gətirdikləri “Bir əsrin iqtisadi portreti” kitabının təqdimatı olub.

QHT.az xəbər verir ki, kitab Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr edilmiş və BMDM tərəfindən ənənəvi olaraq hər il təşkil olunan V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində nəşr olunub.

UNEC KİM-nin müdiri Adilə Abdullayeva, BMDM-in direktoru dos.Fariz Əhmədov, direktor müavini dosent Aytən Hüseynli, dos. Afaq Hüseynli, şöbə müdiri Nərgiz Hacıyeva, doktorant Etimad Rəhimli təqdimat zamanı çıxış edərək, kitabın müəllifləri, bölmələri barədə məlumat veriblər. Kitabda toplanmış məqalələrdə Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafındakı rolununun müxtəlif aspektlər üzrə araşdırıldığını diqqətə çatdırıblar.

Qeyd edək ki, kitab, bu kitab Azərbaycanda təhsil və tədqiqatların keyfiyyətinin artırılmasına xidmət məqsədi ilə hazırlanıb.

 

Pərvanə Fərhadqızı