"Bu gün Dördüncü Sənaye İnqilabının Təhlili və Kommunikasıya Mərkəzi (4SİM) ilə UNEC-in birgə keçirdiyi "4SİM Talks"-da iştirak etdim və rəqəmsallaşmanın yaratdığı hər bir yeni çağırışın gənclər üçün, həm də yeniliklər üçün əvəzolunmaz imkanlar yaratdığına diqqəti çəkdim".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. Rektor bildirib ki, iş yeri anlayışının kökündə dəyişdiyi, yeni yaradılacaq iş yerləri tələbinə cavab vermək üçün mütəmadi olaraq işçinin "özünü kəşf etməsi", insan alqoritminin "açılması" insanı daha yaxşı anlamağa gətirməsi, informasiyanın həlledici rolunu nəzərə alaraq onun kimə mənsub olması kimi məsələlərə dair fikirlərimi bölüşdüm: "Uğurlu tədbir münasibətilə 4SİM İcraçı Direktoru Fariz müəllim Cəfərovu təbrik edir və tədbirin təşkilində əməyi olan hər bir kəsə təşəkkür edirəm".

 

Pərvanə Fərhadqızı