Məktəblərdə baş verən xoşagəlməz hadisələr cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Mütəxəssislər bu cür halların qarşısının alınması üçün profilaktik işlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
"Şübhəsiz ki, bu hadisə pislənməli və orta məktəblərdə belə halların baş verməməsi üçün profilaktik tədbirlər görülməlidir. Eyni zamanda, hər bir cinayət və onu törədən şəxsə fərdi yanaşma zəruridir. Həmin şəxs barədə kompleks araşdırma aparılmalı, onun psixoloji durumu, ailə vəziyyəti və digər sosial amillər dərindən təhlil edilməli, daha sonra isə adekvat tədbirlər görülməlidir. Ardınca digər orta məktəblərdə də profilaktik işlərin gücləndirilməsi vacibdir".
Bu fikirləri müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov QHT.az-a açıqlamasında bildirib.






