21–25 aprel 2026-cı il tarixlərində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin Moldova Respublikasına təlim və tanışlıq səfəri təşkil olunub. Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfindən təşkil olunub.
Səfərin məqsədi Azərbaycan və Moldova QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, gənclərlə iş və əlilliyi olan şəxslərin sosial inteqrasiyası sahəsində təcrübə mübadiləsinin təşviq edilməsidir.
Səfərdə aşağıdakı QHT nümayəndələri iştirak edib:
Əhməd Abbasbəyli – “İcma İnkişafı Mərkəzi”
Davud Rəhimli – Əlilliyi olan şəxslərin təşkilatları ittifaqı (UDPO)
Rabbin Babayev – Əlilliyi olan şəxslərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi
Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının İcraiyyə Komitəsi
Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi
Kamala Ağazadə – Azərbaycan Uşaqları İctimai Birliyi
Aida Səfərova – “Səssiz Dünya” Əlillər və İdmançılar üçün İşarə Dili Dəstək Təşkilatı
Əli Fərzəliyev – Gənc Hüquqşünaslar Assosiasiyası
Fariz Əkbərov – Hüquqi-Sosial Yardım və Təhsil İctimai Birliyinin sədri






