İclasda iştirak edən Şəki 1 saylı mediasiya təşkilatının direktoru Dərya Yaşarlı bildirib ki, iclasdan əvvəl komissiya üzvləri mediasiyanın hüquq müstəvisində rolu, Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu tam qüvvəyə mindiyi gündən uşaqların mənafelərinə toxunan hallarla bağlı komissiyaya daxil olan işlərin ümumi statistikası ilə bağlı müzakirələr aparıblar.
QHT.az xəbər verir ki, müzakirələr zamanı Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Ziyad Əliəkbərli və Komissiyanın digər üzvləri bildiriblər ki, ailə mübahisələri ilə bağlı məhkəmədən öncə mediasiya prosesinin tətbiq edilməsi və bu sahədə aktiv fəaliyyət göstərən mediatorların uğurlu fəaliyyətləri nəticəsində ailə mübahisələrinə dair məhkəməyə daxil olan işlərin, o cümlədən, komissiyaya daxil olan işlərin sayında kəskin azalma müşahidə edilir.
Məhz bütün bunlar onu deməyə əsas verir ki, mediasiya institutu öz müsbət tövhəsini verməkdədir və bu institutun fəaliyyəti müqayisəli təhlil edilərək komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilib.










