1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.
QHT.az-ın bu rubrikasında, seçkilərdə iştirak edən QHT sədrləri haqqında ətraflı məlumatlar təqdim olunacaq. Onların seçki kampaniyaları, fəaliyyətləri və gələcək planları barədə oxuyacaqsınız. QHT rəhbərlərinin parlamentdə təmsil olunması, vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm addım olaraq qiymətləndirilir. Namizəd olan QHT liderləri ilə bağlı ən son məlumatlar üçün bizi izləyin.










