QHT.az saytı, qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərlərinə iş-istirahət balansını necə qoruduqları ilə bağlı müxtəlif suallar ünvanladı. "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni də bu suallara cavab verənlər arasında idi. O, gündəlik işlərini idarə edərkən şəxsi istirahətə vaxt ayırmağın nə qədər vacib olduğunu vurğuladı. İş və şəxsi həyat balansını qorumağın iş performansına necə təsir etdiyini belə izah etdi:
"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni gündəlik işlərini idarə edərkən şəxsi istirahətə vaxt ayırmağın nə qədər vacib olduğunu vurğuladı. O, iş və şəxsi həyat balansını qorumağın iş performansına necə təsir etdiyini belə izah etdi:
"Təbii ki, bu illər ərzində milli maraqlara, dövlətimizin inkişafına, vətəndaş cəmiyyətinin yüksəlişinə xidmət etmişik. Bu işlər ölkəmizin inkişafına töhfə vermək üçün böyük fədakarlıq tələb edir. Elm, təhsil və digər sahələrdə çalışan bir çox insan kimi, biz də könüllü olaraq bu istiqamətdə çalışırıq. Vətəndaş cəmiyyəti könüllü fəaliyyətə əsaslanır və burada iş-güclə məşğul olarkən gündəlik işə çıxmaq və ya vaxtı-vaxtında məzuniyyətə çıxmaq həmişə mümkün olmur. Şəxsi istirahət üçün vaxt ayırmaq demək olar ki, qeyri-mümkündür və ya minimum səviyyədədir. İstirahət balansı pozulur və bunu tənzimləmək çətindir".

Brest şəhərində beynəlxalq konfransda, Brestin tarixi abidələrilə tanışlıq zamanı (2013)
Rauf Zeyni həmçinin qeyd etdi ki, müstəqillik əldə ediləndən sonra torpaqlarımızın müdafiəsi uğrunda gecə-gündüz mübarizə aparmışıq. Bu mübarizədəki fədakarlığımız bəzi hallarda nəzərə alınmır, ancaq bu bizim öz seçimimizdir. Biz könüllü olaraq vətənimiz uğrunda mübarizə aparmışıq və bu gün də bu mübarizəni davam etdiririk.

"Vətən sağ olsun," - deyə Zeyni vurğuladı. Məmməd İlqarın şeiri ilə fikrini tamamladı:
Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Pəvanə Fərhadqızı
QHT.az










