Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İbrahim İbrahimov 1992-ci il fevralın 18-də Naxçıvan şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2010-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2020-ci ildə isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun XTQ-in tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və 30 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
İbrahim İbrahimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!






