Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Elxan oğlu Dadaşlı 1997-ci il yanvarın 25-də Lənkəran rayonunun Darquba kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 7 noyabr tarixində Şuşanın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.

Orxan Dadaşlı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!