Bakı İrəvandan müstəqil yanaşma gözləyir. Sülh müqaviləsinin imzalanması üçün imkanlar mövcuddur. Bununla bağlı Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlüyə QHT.az-a açıqlama verib.

QHT sədri bildirib ki, sülh müqaviləsinin imzalanması üçün keçən ildən buna imkanlar var idi və bu imkanlar tükənməyib: “Deyərdim ki, müharibə bitəndən sülh üçün imkanlar olubdur. Baxmayaraq Azərbaycan qalib ölkə idi, Ermənistana əlini uzadıb. Onlar bizim bu təklifi dəyərləndirmədilər. Artıq 44 günlük müharibə 3 ildən çoxdur bitib, hələ də sülh müqaviləsi imzalanmayıb. Çünki ermənilərin adekvat olmayan yanaşmasının nəticəsidir ki, hələ də başa çatdıra bilməmişik. Düşünürəm ki, əgər ermənilər düzgün yanaşma sərgiləyərlərsə, biz sülh müqaviləsinin imzalanmasını müşahidə edə bilərik”.

Mübariz Göyüşlü həmçinin bildirib ki, Ermənistanın hakimiyyətinin yanaşmasını müşahidə edəndə belə bir düşüncə yaranır ki, onlar sülh olmasını istəmirlər. Hər dəfə bir bəhanə, səbəblə bu mövzudan yayınmağa çalışdıqlarını vurğulayan Mübariz Güyüşlü bizim sülsevər xalq, sülsevər dövlət olduğumuzu, bunu dəfələrlə sübut etdiyimizi də qeyd edib: “Bunun heç bir sübuta ehtiyacı yoxdur. Sülh müqaviləsi üçün biz deyil, daha çox ermənilər cəhd etməlidirlər. Onlar sülh müqaviləsi imzalamırlarsa, bu heç bizə də lazım deyil. Bu cür sütiasiyada olması da bizim üçün problem deyil”.

 

Pərvanə Fərhadqızı