Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qoşqar Üzeyirov 2002-ci il yanvarın 26-da Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2020-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. O, 44 günlük Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 7-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Qoşqar Üzeyirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!