Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2017-2018-ci illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində müddətli həqiqi hərbi xidmətdə olub və hərbi xidmət zamanı 2018-ci il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak edib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 10 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Məkan Qəhrəmanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!