Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əlihüseyn Məmmədov 24 yanvar 1998-ci ildə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2020-ci ildə ADNSU-dan məzun olaraq müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Əlihüseyn Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!