Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Ermənistanın törətdiyi hərbi cinayət faktlarının toplanması, müxtəlif dillərdə hazırlanması və yayılması, beynəlxalq arenada bu faktların təbliğində gənclərin iştirakının təşviqi” layihəsinin icrası davam edir.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində yaradılmış İnfoWar komandası tərəfindən, aparılan araşdırmalar nəticəsində məlum olub ki, ABŞ-da 2024-ci il seçkiləri üçün prezidentliyə namizəd olan Vivek Ramaswamy Taker Karlsona müsahibə verərkən, Azərbaycanı ittiham etmək istədiyi zaman isə əslində 2020-ci ildə ermənilərin bombaladığı Azərbaycan şəhəri olan Gəncənin görüntüləri yayımlanıb. Görünür, Azərbaycanı vəhşilikdə ittiham edən namizəd buna dair bircə real fakt da tapa bilməyib.

Qeyd edək ki, bu görüntülərlə bağlı Azərbaycan Prezidenti Iham Əliyev də danışıb va videosüjeti sərt tənqid edib: "Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABȘ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballisti raketlərdən atəșə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eșitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər"

 

Sözü gedən araşdırma ilə bağlı linki sizə təqdim edirik:

 

 https://www.instagram.com/reel/CyOCzcct-jX/?igshid=NzZhOTFlYzFmZQ==

 

Pərvanə Fərhadqız