Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şahmuraz Hümbətzadə 1998-ci ilin bu günü Bərdə rayonunun Cəyirli kəndində anadan olub.

QHT.az xəbər verir ki, O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 23-də qəhrəmancasına şəhid olub. Şahmuraz Hümbətzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı