"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində təşkil olunmuş 12 günlük Yay Düşərgəsi başa çatıb.
QHT.az xəbər verir ki, düşərgənin son günündə "Yeditepe" Universitetinin Davamlı Təhsil Mərkəzinin müdiri, professor Cem Tansal Kaya tərəfindən düşərgə iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, İctimai Birlik şəhid qəhrəmanlarımızı tanıtmaq, onların döyüş yolunu təbliğ etmək, gənclər arasında belə qəhrəmanların əməllərini yaşatmaq, onların xatirəsini daim uca tutmaq üçün tədbirlər təşkil edir.
Pərvanə Fərhadqızı












