Bu gün Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Nicat Rizvan oğlu Məmmədli doğum günüdür.
QHT.az xəbər verir ki, leytenant 31 iyul 1998- ci ildə Culfa şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Düşmənin atdığı qumbaranın üzərinə atılaraq 30-a yaxın döyüş yoldaşlarının həyatını öz canını fəda edərək qəhrəmancasına xilas etmiş, 2020-ci il 9 oktyabr tarixində Tərtər rayonda özü isə şəhid olmuşdur. Culfa şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Pərvanə Fərhadqızı












