Sumqayıt şəhər Olimpiya kompleksində şəhid mayor Elnur Əliyevin xatirəsinə güləş üzrə ll ümumrespublika turneri keçirilib.

 

 

Şəhidin qardaşı Amid Əliyevin QHT.az-a verdiyi məlumata əsasən, turnerin keçirilməsində əsas məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə dəstəyin artırılmasıdır. O, bildirib ki, bu yarışın birincisi ötən il şəhidin doğulduğu Füzuli rayonunda keçirilib: “Bu il Sumqayıt şəhərində ikincisi keçirilən yarış, növbəti illərdə də davamlı olaraq təşkil olunacaq. Bu kimi yarışların keçirilməsində əsas məqsədlərdən biri isə Elnur kimi qəhrəmanlarımızın gənclər və ictimaiyyət arasında daha da tanıdılması, onun keçdiyi qəhrəmanlıq yolunun yaxşı nümunə kimi göstərilməsidir".

Qeyd edək ki, mayor Elnur Əliyev aprel döyüşlərində özünü qumbaranın üzərinə ataraq, əsgərlərini xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı