Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Şöhrət oğlu Tarıverdiyev 17 noyabr 1998-ci il tarixində Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, Nicat Tarıverdiyev 2020-ci ilin 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində Ağdərə istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Nicat Tarıverdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı