Almaniyada yaşayan azərbaycanlıların birliyini müşahidə edirik. Bizim hər birimizin vəzifəsi Azərbaycanla bağlı həqiqətlərin dürüst şəkildə yerli ictimaiyyətə çatdırılmasıdır.

 

QHT. az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev Berlində keçirilən Azərbaycanlı Həkimlərin II Forumu zamanı çıxışında bildirib.

 

Səfir qeyd edib: “Almaniyadakı Azərbaycan diasporu xüsusi fəallığı ilə seçilir və mühüm işlər görür. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsi və gücləndirilməsi zəruridir”.