İsgəndər Aznaurov 1956-cı il avqustun 16- da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub.
QHT.az xəbər verir ki, 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox axısqa türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərildi.
1993-cü ildə Şəhid olan İsgəndər Aznaurova ölümündən sonra ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Allah rəhmət eləsin. Qəhrəmanı dərin hörmətlə, böyük sevgi və qürurla anırıq.
Pərvanə Fərhadqızı












