Azərbaycan diplomatisiyası ölkədə gedən quruculuq işlərini nümayiş etdirmək üçün yeni yanaşmalar və strategiyalar tədbiq edir.

Bu barədə QHT.az- a açıqlama verən Ümid Sosial İnkişafa dəstək İctimai Birliyi sədri İsrayıl İsgəndərov qeyd edib ki, Azərbaycanın regionlarında konfranslar təşkil edir, ölkədə fəaliyyət göstərən diplomatik korpuslarının nümayəndələrini regionlara dəvət edir ki, gəlin görün müdafiə etdiyiniz işğalçıların, vandalların 30 ildə apardıqları vəşiliklərin nəticələrini necə aradan qaldırırıq, necə qururuq, necə yaradırıq: “Lakin Fransa, İspaniya, Venesuela kimi ölkələrin diplomatları "utandıqlarından" bunları görmək istəmirlər və ümumiyyətlə bu dəvətə reaksiya vermirlər. Bəziləri isə bu və ya digər bəhanə ilə regiona getmirlər. Məncə hər şey aydındır. Ermənilərin vandal hərəkətləri ilə Azərbaycanın quruculuq, yaradıcılıq işlərinin fərqini görmək onlar üçün çox ağır olar, öz dostluqlarından utanarlar, siyasətlərinin səhvini başa düşərlər və s”.

 

Pərvanə Fərhadqızı