MAXE Ayşad Əzizov 1990-ci ilin bu günü Azərbaycanın Tərtər rayonunun Əskipara kəndində anadan olub.

QHT.az xəbər verir ki, həyat yoldaşı Naibə ilə Yusif və Hüseyn adlı uşaqları var idi. Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Həmin gün Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

"Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı