Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin icrası davam edir.
Bu barədə QHT.az- a açıqlama verən təşkilatın sədri Sahib Məmmədov bildirib ki, 5 ay davam edən layihə 3 komponentdən ibarətdir: “Ermənistan Respublikasının ərazisi olan Qərbu Azərbaycan torpaqlarında mövcud olmuş və müxtəlif vaxtlarda ermənilər tərəfindən məhv edilmiş və ya bir hissəsi ciddi konstruktiv dəyişikliyə məruz qoyularaq erməniləşdirmiş və ya bəzi hallarda fars mədəni və dini irsi adı atında saxlanılmışdır. Azərbaycan xalqına məxsus olmuş mədəni və dini obyektlərin, məzar yerlərinin tamamilə dağıdılması həm irqi nifrət, həm də Azərbaycan xalqının tarixən təşəkkül tapdığı ərazilərdə onlara məxsus nə varsa onların izi itirmək məqsədi daşıyır. Ermənistan hakmiyyət dairələrinin sanksiyası ilə zaman-zaman baş vermiş bu vandalizm barədə kifayət qədər matreallar olsa da onların nüfuzlu beyəlxalq təşkilatların arxivlərində çox az hallarda yerləşdirlməsinə nail olunmuşdur. Həmçinin beynəlxalq qurumların rəsmi veb səhifələrində də bu vandalizmi əks etdirən, xalqın mədəıni hüquqlarını pozan, irqçilik zəmnidə tördildiyini əks etdirən hesabatlar azdır. Layihə çərçivəsində hazırlanacaq və ingilis dilinə tərcümə ediləcək hesabat BMT-nin veb səhifəsində xüsusi prosedurlar keçilməklə yerləşdirləcəkdir".
Sahib Məmmədov həmçinin bildirib ki, digər fəaliyyət indiki Ermənistan ərazilərində dağıdılmış mədəni irs və məzar yerləri ilə bağlı e-kataloqun hazırlanması, onun ilkin olaraq ingilis dilinə tərcüməsi və müxtəlif internet resurslarında yerləşdirlməsi olacaqdır: "Müasir trendi nəzərə alaraq məlumatların daha qısa, daha çevik və kütləvi yayılmasını təmin etmək məqsədi ilə dağıdılmış və vandalizmə məruz qalmış mədəni irsimiz haqqında şəkilli qısa məlumatlar müxtəlif dillərdə sosial şəbəkələrdə yayımlanacaqdır. Bütün fəaliyyətlərlə bağlı ictimai məlumatlandırma tədbirləri və maraqlı tərəfələr üçün müzakirə təşkil ediləcək, hazırlanan hesabat və e-nəşrlər təqdim ediləcəkdir.”










