Səhər yeməyindən imtina etmək maddələr mübadiləsini ləngidir, çəki artımına gətirib çıxarır və hətta təhlükəli xəstəliklərin yaranma riskini artırır.

QHT.az xəbər verir ki, buna görə də yuxudan oyandıqdan dərhal sonra doyumlu səhər yeməyi yemək vərdişi ömrünüzü uzada və sizi bir sıra xəstəliklərdən qoruya bilər. Mütəxəssislər müxtəlif yaşlarda olan minlərlə xəstəni müşahidə edərkən müəyyən ediblər ki, səhər yeməyini tamamilə atmaq sağlamlıq və rifah üçün ciddi təhlükədir.

“Səhər acqarına işləməyin, işə acqarına getməyin, uşağınızı məktəbə, yoldaşınızı işə acqarına göndərməyin. Səhər yeməyi mütləqdir”. Bu sözləri Dietoloq Dr. Fuad Məcidov QHT.az-a bildirib. O, qeyd edib ki, arıqlamaq istəyən xanımlar səhər yeməyindən imtina etməsin: “Aylarla, illərlə səhər ac qalmaq fonunda geri dönməyən, çox qorxulu xroniki xəstəliklərin yaranması üçün baza yaratmış olursunuz. Kilo vermək, forumda qalmaq istəyirsinizsə, ac qalaraq bunu edə bilməzsiniz. Yemək lazımdır, amma necə, nəyi nə vaxt yemək də önəmlidir. Özünüzə zərər verməyin”.

 

Pərvanə Fərhadqızı