Qadınlar saç baxımına çoxlu pul və vaxt sərf edirlər, lakin onlardan bəziləri büdcələrinə qənaət edərək saçlarını düzgün yumağı bilir.
QHT.az xəbər verir ki, gənclər yaşlı insanlara nisbətən baş dərisinin sürətli çirklənməsi problemi ilə daha çox qarşılaşırlar. Qısa saçlar uzun və ya buruqdan daha sürətli çirklənir. Əllərinizlə daim saçlarınıza toxunmaq vərdişiniz varsa, xüsusən də istidə, onları tez-tez yumağa hazır olun, çirkli barmaqlardan kir və təri saçınıza köçürürsünüz. Mütəxəssislər yuyulmanın sonunda balzam və ya kondisioner tətbiq etməyi məsləhət görürlər. Kəpək müxtəlif səbəblərdən görünə bilər, lakin bəzən səhv şampun seçimi ola bilər. Saçı yuduğunuz suyun temperaturu 40-45 dərəcə olmalıdır.
Rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, saçı çox isti su ilə yumaq, isti fendən istifadə etmək olmaz, saçın öz-özünə qurumasına imkan verin: “Saçlarınızın dibini hər gün masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin. Saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə edin. Çünki taxta daraqlar saç diblərinin qan dövranını sürətləndirir. Saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin. Saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin. Unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır”.
Pərvanə Fərhadqızı












