Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı “Qardaş köməyi” adlı platformanın nümayəndə heyəti Türkiyə səfirliyində olub, səfir Cahit Bağcı müzakirələr aparıblar.

QHT.AZ “Report”-a istinadən  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Cənub-Şərqi və Aralıq dənizi bölgəsində baş verən zəlzələ ilə əlaqədər ehtiyac olan ərazilərə yardımların çatdırılması ilə bağlı məsləhətləşmələr aparılıb.