Masallıda Ali Hərbi məktəbə qəbulla bağlı maarifləndirici tədbir keçirilib
Masallıda Ali Hərbi məktəbə qəbulla bağlı maarifləndirici tədbir keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsi, Masallı rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə keçirilən tədbir öncəsi ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində təşkil olunan görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirlirliyinin əməkdaşı, baş leytenant Rauf Baxışov və Masallı Təhsil sektorunun hərbi işlər üzrə inspektoru, kapitan Əyyar Burhanov şagirdlər qarşısında çıxış edərək Ali Hərbi Məktəbə qəbul və onun istiqamətləri ilə bağlı ətraflı məlumat veriblər.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV












