“Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla” – Masallıda tədbir  

Masallıda Daxili İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Masallı Gənclər Evi” SXM-nin inzibati binasında təşkil olunan tədbir öncəsi ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirici görüşdə DİN ŞHİİ-nin əməkdaşları polis polkovniki Laçın Paşayev, polis polkovnik-leytenantı Firdovsi Nəsirov, Masallı RPŞ-nin rəisinin ŞHİÜ köməkçisi polis kapitanı İxtiyar Talıbov, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, Polis Akademiyasını yeni bitirmiş əməkdaşları, polis veteranları, Masallı təhsil sektorunun nümayəndəsi Samit İslamov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, sinif şagirdləri və hərbi xidməti başa vurmuş gənclər iştirak ediblər.
Tədbirdə polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmaqla profilaktiki söhbətlər aparılıb, gənclərdə maraq doğuran suallar cavablandırılıb, iştirakçılara bukletlər paylanılmaqla digər təbliğat materillarının nümayişi təşkil edilib.

Akif AĞAYEV