“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam gələcək uğrunda” adlı layihənin icrasına başlamışdır.
Layihənin məqsədi Şirvan şəhərində gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsindən ibarətdir.
Layihə çərçivəsində gənclər arasında rəy sorğularının keçirilməsi, zərərli vərdişlərin fəsadları barədə məlumatları özündə əks etdirən bukletlərin paylanması, gənclərin daha çox toplaşdıqları ictimai yerlərdə zərərli vərdişlərlə mübarizəyə səsləyən plakatların asılması nəzərdə tutulur. Eləcə də Şirvan Gənclər Evində, İqtisadiyyat və Humanitar Kollecdə, Peşə Litseyində maarifləndirici seminarlar təşkil olunacaqdır.
Layihə may ayına qədər davam edəcəkdir.












