Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Təhsil Nazirliyinin əməkdaşlığı ilə Sumqayıt şəhər ümumtəhsil və ali təhsil müəssisələrində “Sağlam düşüncə,sağlam cəmiyyətdir” sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimləri davam edir.

 

QHT.az xəbər verir ki, bu gün ƏSMİD İB növbəti təlimi Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təşkil olundu. ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması və məqsədləri barədə geniş məlumat verib. Təlimlər Sumqayıt şəhər ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində bir ay davam edəcək.Məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir.Təşkilatın öz təşəbbüsü ilə təşkil olunan bu maarifləndirmə sayəsində biz bir növ əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını surətləndirir və yeniyetmə, gənclər arasında könüllülər yetişdirmiş oluruq deyə vurğulayıb.

 

Sonra məktəbin yeddinci sinif şagirdlərinə təşkilatın nəzdində “Gənc Əlillərə Dəstək”mərkəzinin rəhbəri,Bakı-Slavyan Universitetinin məzunu Səfanə Dadaşzadə əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçdi. Sonra təşkilatın üzvü Yusif Əlili, Sahil Cəlilzadə və Müşkinaz Əliyeva məktəblilərə yaşadıqları çətinliklərdən danışdılar. Sonra 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova bu təlimin məktəblilərə müsbət təsir göstərəcəyini və onların əlilliyi olan şəxslərə qarşı davranış qaydalarına düzgün şəkildə yerinə yetirəcəklərini vurğuladı. Sonda məktəbin digər müəllimləridə təlim barədə öz fikirlərini bildirdilər.