QHT.az xəbər verir ki, Əllliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Sumqayıt şəhər Tarix muzeyində ümumi yığıncağını və ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi. Səbinə Kərimovanın rəhbərliyi ilə təşkil olunan yığıcaqda 51 nəfər təşkilat üzvü iştirak etdi. Üzürlü səbəblərdən iştirak edə bilməyən üzvülər barədə məlumat verildi.
Təşkilatda bir il ərzində görülən işlər barədə hesabat dinlənildi.ƏSMİD ictimai birliyinin sədri Səbinə xanım turlar,sərgilər,kurslar və gələcəkdə görüləcək işlər barədə geniş məlumat verdi . Əllliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) nəzdində “Gənc Əlillərə Dəstək” mərkəzinə sədr müavini və köməkçilər seçilməsi təklifi irəli sürüldü. Sosial şəbəkədə aktiv olan gənc əlillərin namizədliyi irəli sürüldü. Səs vermə ilə Səfərova Xəyalə Xəqani qızı mərkəzin sədr müavini, Əlili Yusif Zubeyr oğlu və Hümbətov Əli bir nəfər bitərəf olmaqla sosial şəbəkələrdə iş üzrə mərkəzin köməkçiləri seçildilər.
Sonra idarə heyətinin yeni say tərkibi səs vermə ilə seçildi. Birliyin sədri Səbinə Kərimova bildirdi ki, qarşıdan gələn 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür. O, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan tarixindəki əhəmiyyətli rolundan danışdı. Bildirdi ki, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan sosial, iqtisadi, siyasi və hərbi baxımdan çox çətin vəziyyətdə idi: “Bütün bu çətinliklər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri sayəsində qısa müddətdə aradan qaldırıldı. Sonra Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Təşkilat üzvüləri tədbirin təşkilində təşkilata göstərdikləri dəstəyə görə,Sumqayıt şəhər icra hakimyyəti başçısına və İctima-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımova minnətdarlığlarını bildirdilər. Sonda təşkilat üzvülərinin fikir və təklifləri dinlənildi.












