QHT.az xəbər verir ki, bu fikirləri Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti, beynəlxalq ekspert Natali Burjaili Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin əməkdaşları üçün “Alternativ maliyyə resurslarının cəlb olunması” mövzusunda keçirilən təlimdə bildirb.
Beynəlxalq ekspert bildirib ki, Azərbaycanda sosial müəssisələrin yaradılması və inkişafı üçün kifayət qədər münbit şərait mövcuddur. Yalnız bununla bağlı qanunvericiliyə müəyyən yeni əlavələr etməyə ehtiyac var.











