Rusiya gizli şəkildə Qərb texnologiyalarını almaq və sualtı qayıqlarının yerləşdiyi Arktikada müşahidə şəbəkəsi qurmaq üçün cəbhə şirkətlərindən istifadə edib.

QHT.az xəbər verir ki, The Washington Post yazır ki, Rusiya Arktika bölgəsindəki nüvə sualtı donanmasını Amerika və Avropa şirkətlərindən gizli satınalma şəbəkəsi vasitəsilə əldə etdiyi yüksək texnoloji avadanlıqla qoruyur. Məlumata görə, “Harmoniya” adlı müşahidə sistemi dəniz dibi sensorları vasitəsilə Amerika sualtı qayıqlarını aşkar etməyə və Rusiyanın strateji “bastion” bölgələrini müdafiə etməyə xidmət edir. Bu sistem, nüvə münaqişəsi zamanı Rusiyaya cavab zərbəsi endirmək imkanını qorumağa yönəlib.

Satınalma şəbəkəsinin mərkəzində Kiprdə qeydiyyatdan keçmiş Mostrello Commercial Ltd. adlı şirkət dayanır. O, ABŞ, Böyük Britaniya, Norveç, İsveç və digər NATO ölkələrindən milyonlarla dollar dəyərində sonar sistemləri, fiber-optik kabellər və sualtı antenalar alıb. Rusiya tərəfi bu avadanlıqları “Baltik dənizində kabel tədqiqatları” üçün sifariş etdiyini iddia edib, lakin Qərb ekspertləri bunun hərbi məqsədlərə yönəldiyini bildirir.

Qeyd olunur ki, Rusiya son illər Arktikada mövqelərini gücləndirib və bölgəyə milyardlarla dollar sərmayə qoyaraq yeni patrul gəmiləri, pilotsuz uçuş aparatları və hərbi infrastruktur qurur.

 

.R.İmanov