2026-cı il mayın 21-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Region qadınlarının hekayələri” adlı fotosərgi və sahibkar qadınların məhsullarının nümayişi keçirilib.

QHT.az xəbər verir ki, “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə bildirib ki, sərgi “Dəyişən icmalar: İcma əsaslı urban təşəbbüsləri” mövzusunda müzakirələrlə davam edib. Yerli ekspertlərlə yanaşı, Misirin Ətraf Mühit Nazirliyinin idarə rəisi Heidy Şalabi və Almaniyanın “Sosial Sinerji” şirkətinin meneceri Bohdan Androşçuk da öz təcrübələrini bölüşüblər. Anqola Respublikasından təhsil eksperti Lando Francisko Luvumbu Nsumbu isə Azərbaycan təcrübəsi ilə maraqlandığını bildirib.