Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan, az təminatlı və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Suraxanı Gəmi-Muzeyi və Park Bulvar Cinema-da unudulmaz bir tədbir təşkil edib.

QHT.az xəbər verir ki, tədbirin məqsədi uşaqların yalnız əylənməsini təmin etmək deyildi – onlar həm də Azərbaycanın gəmiçiliyi və dənizçilik ənənələri ilə tanış oldular, tarixi öyrəndilər və cəmiyyətə inteqrasiyasını dəstəkləyən yeni bacarıqlar qazandılar.

Uşaqlar Suraxanı Gəmi-Muzeyini gəzərək gəmiçilik tarixini öyrəndilər, maraqlı eksponatlarla tanış oldular və interaktiv proqramlarda iştirak etdilər. Daha sonra Park Bulvar Cinema-da əyləncəli və maarifləndirici təqdimatlarda iştirak edərək həm biliklərini artırdılar, həm də xoşbəxt anlar yaşadılar.

Bu cür tədbirlər uşaqların inkişafına, öyrənmə maraqlarının artmasına və cəmiyyətə daha aktiv şəkildə inteqrasiya etməsinə imkan yaradır. Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi gələcəkdə də bu təşəbbüsləri davam etdirəcək və uşaqlara dəstəyini əsirgəməyəcək.

Təşkilatçılara və tədbirə dəstək verən bütün xeyirxah insanlara dərin təşəkkürümüzü bildiririk. Sizin dəstəyiniz sayəsində uşaqlar sevinc dolu anlar yaşayır, yeni biliklər əldə edir və cəmiyyətin bir parçası olma yolunda daha güclü addımlar atırlar.